Главная > Manset / Cəmiyyət > Andrey Boiç: Azərbaycan iqlim keçidinin həyata keçirilməsi ilə bağlı nümunə ola bilər
Andrey Boiç: Azərbaycan iqlim keçidinin həyata keçirilməsi ilə bağlı nümunə ola bilər4-06-2024, 18:03. Разместил: azadses |
Azərbaycanın külək enerjisi və hidrogen istehsalı potensialı iqlim dəyişikliyi ilə mübarizə üçün yaxşı zəmin yaradır. Bu barədə “Report”a İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının keçmiş vitse-prezidenti, COP Bürosunun üzvü Andrey Boiç (Andrej Bojic) bildirib. Onun sözlərinə görə, iqlim siyasətində lider olan Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycana fayda verə bilər: “COP29-un keçirilməsi ilə Azərbaycan iqlim dəyişikliyilə mübarizə tarixində əbədi olaraq qalacaq”. O vurğulayıb ki, Azərbaycanın ESG (ekoloji, sosial və korporativ idarəetmə) prinsipləri kimi yeni texnologiyaların tətbiqi, həmçinin “yaşıl şəhərlər”in salınması yolu ilə qarşıdan gələn konfransda əldə ediləcək nəticələri gücləndirmək və iqtisadiyyatını transformasiya etmək imkanı var: “Azərbaycan müasir texnologiyalar, aydın qaydalar və maliyyə çərçivələrindən istifadə etmək yolu ilə yeni enerji mənbələrinə, iqtisadiyyat formalarına və iqlim dəyişikliyi probleminin həllinə yanaşmalara uğurlu keçidin təmin edilməsində hər bir ölkəyə nümunə ola bilər”. Вернуться назад |