Главная > Manset / İdman > Ronaldu Mbappenin “Real”a keçidinə münasibət bildirib

Ronaldu Mbappenin “Real”a keçidinə münasibət bildirib


4-06-2024, 11:16. Разместил: azadses
“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu PSJ-dən “Real Madrid”ə keçən Kilian Mbappeyə dəstəyini ifadə edib.

“Report” xəbər verir ki, portuqaliyalı oyunçu Mbappenin paylaşımına rəy yazıb:

“Səni izləmək sırası məndədir. Sənin “Bernabeu”nu coşdurmağını izləməkdən şad olaram”.

Xatırladaq ki, ötən gün “Real Madrid” fransalı hücumçu Kilian Mbappeni transfer etdiyini elan edib.

Qeyd edək ki, beşqat “Qızıl top” mükafatçısı Kriştianu Ronaldu 2009-cu ildən 2018-ci ilədək “kral klubu”nun formasını geyinib.


Вернуться назад