Главная > Manset / Dünya > Meksika tarixində ilk dəfə qadın prezident ola bilər

Meksika tarixində ilk dəfə qadın prezident ola bilər


3-06-2024, 17:09. Разместил: azadses
Meksikanın hakim Morena partiyasının namizədi Klaudiya Şeynbaum, exit-poll nəticələrinə görə, ölkədə keçirilən prezident seçkilərində inamlı liderdir.

“Report” xəbər verir ki, bu barədə hərəkatın sədri Mario Delqado bildirib.

“Biz ölkəmiz, Latın Amerikası və dünya üçün tarixi əhəmiyyətli məqamda yaşayırıq. Klaudiya Şeynbaum Meksika və Şimali Amerika tarixində ilk qadın prezident olacaq”,- deyə o əlavə edib.

Prezidentliyə əsas namizədlər hakim Morena partiyasından Klaudiya Şeynbaum və müxalifət koalisiyasından Soçitl Qalvezdir.

Qeyd edək ki, Meksikada ümumi seçkilər keçirilib. Meksikalılar ölkənin yeni prezidentini, Konqresin aşağı palatasında 500 yer və 128 senatoru seçiblər. Regional səviyyədə səkkiz qubernator yerlərinin və Mexiko merinin taleyi müəyyənləşəcək.

Seçici siyahılarında 98,3 milyondan çox insan var. Bu qədər insanın asanlıqla səs verməsini təmin etmək üçün seçki komissiyası 170 mindən çox seçki məntəqəsinin açılmasına razılıq verib.


Вернуться назад