Главная > Manset / Dünya > Tramp nüvə silahını bəşəriyyət üçün əsas təhlükə adlandırıb

Tramp nüvə silahını bəşəriyyət üçün əsas təhlükə adlandırıb


3-06-2024, 16:17. Разместил: azadses
“Bəşəriyyət üçün əsas təhlükə iqlim dəyişikliyi deyil, nüvə silahıdır”.

“Report” xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Fox News” telekanalına bildirib.

Tramp, Baydenin ən böyük ekzistensial təhlükə adlandırdığı qlobal istiləşmənin belə olmadığını, ancaq nüvə silahından istifadənin miqyasının müzakirəyə belə ehtiyacı olmayan ziyana səbəb olacağını vurğulayıb.

Sabiq prezident qeyd edib ki, nüvə silahından istifadə bütün bəşəriyyətin tamamilə məhvilə nəticələnəcək.


Вернуться назад