Главная > Manset / Dünya > ABŞ Konqresi BCM-in İsrailə qarşı hərəkətlərini müzakirə edəcək
ABŞ Konqresi BCM-in İsrailə qarşı hərəkətlərini müzakirə edəcək3-06-2024, 11:17. Разместил: azadses |
Amerikalı qanunvericilər gələn həftə Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin Baş naziri Benyamin Netanyahu, eləcə də bu ölkənin digər rəsmi nümayəndələrinin həbsinə order vermək niyyətinə ABŞ-ın mümkün cavabını müzakirə etmək niyyətindədirlər. “Report” xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib. Onun sözlərinə görə, müzakirələr bu həftə baş tutacaq: “Mən qanun layihəsini müzakirəyə çıxarmaq niyyətindəyəm”. Spiker əlavə edib ki, hazırda demokratlar və respublikaçılar qanun layihəsinin məzmununu müzakirə edirlər: “Biz inanırıq ki, həm Respublikaçılar, həm də Demokratlar bir araya gələrək beynəlxalq ictimaiyyətə Beynəlxalq Cinayət Məhkəməsinin sui-istifadələrinin davam etdirilməsinə icazə verilməyəcəyi barədə aydın mesaj göndərməsi vacibdir”. Вернуться назад |