Главная > Manset / Dünya > Kanada ABŞ-nin Asiyada müdafiə sənayesi təşəbbüsünə qoşulmaq niyyətindədir

Kanada ABŞ-nin Asiyada müdafiə sənayesi təşəbbüsünə qoşulmaq niyyətindədir


2-06-2024, 17:13. Разместил: azadses
Kanada ABŞ-nin Hind-Sakit Okean regionunda müdafiə sənayesinin dayanıqlığını gücləndirmək təşəbbüsünə qoşulacaq.

"Report"un məlumatına görə, bunu Kanadanın müdafiə naziri Uilyam Bleyr Sinqapurda "Şanqri-La Dialoq" beynəlxalq təhlükəsizlik forumunda çıxışı zamanı deyib.

O, vurğulayıb ki, bunu daha əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin də elan edib.

"Mən Kanadanın Hind-Sakit Okean regionunda müdafiə sənayesi bazasının dayanıqlığını təmin etmək üçün ABŞ-nin müdafiə baziri Ostin tərəfindən bu konfransda elan edilmiş yeni təşəbbüsə qoşulacağını elan etməkdən məmnunam", - o deyib.

Pentaqonun mətbuat xidməti daha əvvəl bildirib ki, mayın 31-də Ostin Sinqapurda keçirilən forumda Vaşinqtonun dünya üzrə müttəfiqləri ilə “Hind-Sakit okean regionunda hərbi-sənaye əməkdaşlığının gücləndirilməsi prinsipləri haqqında bəyanat” təqdim edib. “Biz regiondakı dostlarımızla birlikdə dövlət maneələrini qırırıq və hərbi-sənaye kompleksimizi ən yaxşı şəkildə inteqrasiya edirik”, - o vurğulayıb.


Вернуться назад