Главная > Manset / Dünya > "Qızıl düyü"nün yetişdirilməsinə qadağa qoyuldu, gərginlik yarandı

"Qızıl düyü"nün yetişdirilməsinə qadağa qoyuldu, gərginlik yarandı


30-05-2024, 16:30. Разместил: azadses
Filipinlər "qızıl düyü" əkməyəcəklər. Alimlər bunun minlərlə insanın həyatı bahasına başa gələcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Bu barədə "IFLScience" nəşrində dərc olunan məqalədə bildirilir.

"Qızıl düyü" genetik modifikasiya olunmuş ağ düyüdür və özündə qarğıdalı, həmçinin adi əkin bitkilərinin müəyyən genlərini ehtiva edir. Məhz bu əlavə genlər düyüyə bədəndə "A" vitamininə çevrilən narıncı rəngli beta-karotin piqmenti istehsal etməyə imkan verir.

Bu bitkinin becərilməsinin əsas məqsədi inkişaf etməkdə olan ölkələrdə geniş yayılmış "A" vitamini çatışmazlığı problemini həll etməkdir. Statistikaya görə, "A" vitamini çatışmazlığı səbəbindən dünya üzrə təxminən 140 milyon uşaq eşitmə qabiliyyətini itirmək, kor olmaq və hətta ölmək təhlükəsi ilə üzləşir.

Filippin üç il əvvəl bu bitkini becərməyə ilk razılıq verən ölkə oldu, lakin hazırda Manila Apellyasiya Məhkəməsi bu bitkinin kommersiya istehsalına icazəsini geri götürüb. Səbəb isə ziddiyyətli elmi baxışlar və risklər barədə qeyri-müəyyənlikdir.

Ekoloqlar iddia edirdilər ki, bitkinin güman edilən üstünlükləri əslində şişirdilib, onun sağlamlıq və planet üçün riskləri isə güman edildiyindən xeyli yüksək ola bilər. Onlar həmçinin "qızıl düyü"nün ətraf mühitə, bütövlükdə kənd təsərrüfatı sektoruna zərərli olmadığını göstərən konkret sübutların təqdim edilmədiyini bildiriblər.

"Qızıl düyü"nün tərəfdarı olan alimlər isə hesab edir ki, bitkinin becərilməsi insanların sağlamlığı və ətraf mühit üçün minimum təhlükə ilə uşaqları qorumağa imkan verəcək. Onlar məhkəmənin qərarının elmə tamamilə zidd olduğunu bildirirlər. Məsələ burasındadır ki, tədqiqatçılar bu məhsulla əlaqəli hər hansı bir riskə dair heç bir sübut tapmayıblar. Nəticədə alimlər hesab edirlər ki, mədəni istehsaldan imtina minlərlə insanın, o cümlədən uşaqların ölümünə səbəb olacaq.

Mənbə: Focus.ua


Вернуться назад