Главная > Manset / Dünya > WSJ: Tramp seçkilərdə qalib gələrsə, Maska vəzifə təklif edə bilər

WSJ: Tramp seçkilərdə qalib gələrsə, Maska vəzifə təklif edə bilər


30-05-2024, 13:05. Разместил: azadses
ABŞ-nin keçmiş prezidenti Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə İlon Maskla onun məsləhətçi vəzifəsinə təyin olunmasını müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən bildirib.

Onların fikrincə, bu təklif hələ tam hazırlanmayıb, lakin Tramp və Mask belə bir ehtimalı müzakirə ediblər ki, bu da sonuncuya sərhəd təhlükəsizliyi və iqtisadiyyatla bağlı siyasətə təsir imkanı verəcək. Nəşr qeyd edib ki, Mask son vaxtlar bu mövzularda çıxış etməkdə fəallaşıb. Tramp seçkilərdə qalib gələ bilsə, iş adamını “daha ​​aktiv olmağa” cəlb etməyin yolunu tapmaq istəyir.

Bundan başqa, Mask Ağ evin keçmiş sahibini milyarder investor Nelson Pelts ilə birgə seçki saxtakarlığının qarşısını almaq üzrə layihəyə investisiya yatırmaq üçün hazırlanmış plan haqqında bilgiləndirib. “The Wall Street Journal” xatırladıb ki, Mask və onun siyasi müttəfiqləri “ölkə boyu nüfuzlu biznes liderlərinin görüşlərinə ev sahibliyi edir və onları prezident [Cozef] Baydenin seçki kampaniyasına dəstək verməməyə inandırmağa çalışırlar”.


Вернуться назад