Главная > Manset / Dünya > Gürcüstan parlamentinin spikeri prezidentin əvəzinə mübahisəli qanunu imzalamaq niyyətindədir
Gürcüstan parlamentinin spikeri prezidentin əvəzinə mübahisəli qanunu imzalamaq niyyətindədir29-05-2024, 17:19. Разместил: azadses |
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Prezident Salome Zurabişvilinin yerinə “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini imzalayacağını açıqlayıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə o, mətbuat konfransında bildirib. “Xarici təsirlərin şəffaflığı haqqında” qanun dünən Prezident Administrasiyasına göndərilib. İndi imzanı gözləyirik. Aydındır ki, böyük ehtimalla prezident bunu imzalamayacaq. Müvafiq olaraq bu qanunu mən imzalayacağam”, - o qeyd edib. Вернуться назад |