Главная > Manset / Dünya > Nikol Paşinyan Azərbaycanla tezliklə sülh sazişinin imzalanmasını mümkün sayır

Nikol Paşinyan Azərbaycanla tezliklə sülh sazişinin imzalanmasını mümkün sayır


29-05-2024, 14:53. Разместил: azadses
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla tezliklə sülh sazişinin imzalanmasını mümkün sayır.

“Report” xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.

Onun sözlərinə görə, tərəflər mətn üzərində işləri tam başa çatdırdıqdan sonra yer və vaxt müzakirə oluna bilər. N.Paşinyan bildirib ki, tərəflər əvvəllər Praqa və Brüsseldə ümumi prinsiplər barədə razılığa gəliblər: "Lakin indi bu prinsipləri kağız üzərində təkrarlamaq lazımdır".


Вернуться назад