Главная > Manset / Dünya > Trabzonda bələdiyyə sədri döyülüb

Trabzonda bələdiyyə sədri döyülüb


25-05-2024, 09:42. Разместил: azadses
Türkiyənin Trabzon şəhərinin Tonya rayonunun bələdiyyə sədri Osman Beşel vəzifə yerində döyülüb.

“Report” xəbər verir ki, bu barədə yerli “Tonyanın sözü” nəşri məlumat yayıb.

Bildirilib ki, Tonya bələdiyyəsində işləyən H.U. və H.K. adlı iki nəfər verilmiş tənbehə görə bələdiyyə sədri Beşelin otağına daxil olaraq onu döyüblər.

“Davada ikili sədr Beşelin üzünü və bədənini yumruqlamağa başlayıb. Sədr Beşel digər əməkdaşlara səslənməsindən sonra araya girənlər iki şəhər çapqınçısını uzaqlaşdırmağa çalışarkən onlardan biri belindəki silahı sədr Beşelə doğrultmağa çalışıb”, – nəşr qeyd edib.

Polis hücum edən şəxsləri saxlayıb.

Qeyd edək ki, Osman Beşel Ədalət və İnkişaf Partiyasının (AK Partiya) üzvüdür. O, son yerli seçkilərdə səslərin 43,04 faizini toplayaraq sözügedən rayonun bələdiyyə sədri seçilmişdi.


Вернуться назад