Главная > Manset / Dünya > Möhtəşəm və nadir kosmik hadisə: Adi gözlə görmək mümkün olacaq

Möhtəşəm və nadir kosmik hadisə: Adi gözlə görmək mümkün olacaq


24-05-2024, 15:30. Разместил: azadses
Ulduzların və valehedici astronomik hadisələrin pərəstişkarlarını unudulmaz hadisə gözləyir.

İyunun əvvəlində planetlərin böyük paradını görmək mümkün olacaq.

İyunun 3-də Günəş sisteminin altı planeti bir sıraya düzüləcək. Bunlar Merkuri, Yupiter, Uran, Mars, Neptun və Saturn olacaqlar.

Dünyanın müxtəlif yerlərindən olan sakinlər kosmik hadisəni izləyə biləcəklər. Yupiter, Merkuri, Mars və Saturn adi gözlə görünəcək. Güclü durbin və ya teleskopu olan insanlar Merkurinin yanında yerləşəcək Uranı və Saturnun yaxınlığında yerləşəcək Neptunu da görə biləcəklər.

Qeyd edək ki, planetlərin kiçik paradları - üç və ya dörd planetin bir sırada düzülüşü olduqca tez-tez baş verir. Beş və ya daha çox planetin düzləndiyi hadisələr isə nadir sayılır.


Вернуться назад