Главная > Manset / İdman > Qapıçı oyun ərzində yeddi kiloqram arıqladı
Qapıçı oyun ərzində yeddi kiloqram arıqladı21-05-2024, 18:00. Разместил: azadses |
Xokkey üzrə Latviya millisinin qapıçısı Kristers Qudlevskis dünya çempionatının qrup mərhələsində Slovakiya millisi ilə dünənki oyunda (3:2 B) yeddi kiloqram arıqlayıb. Bu barədə jurnalist Ulvis Broje sosial şəbəkələrdə yazıb. O, Latviya millisinin baş məşqçisi Hariys Vitolinsdən sitat gətirib: "Mən ilk dəfədir ki, belə bir hadisə görürəm". Xatırladaq ki, slovaklarla görüşdə 31 yaşlı Qudlevskisin qapısına 43 zərbə endirilib. Kristers bulitlərdə özünü inamlı göstərərək, yeddi zərbədən sonra cəmi bir dəfə qol buraxaraq görüşün əsas qəhrəmanlarından birinə çevrilib. Mənbə: championat.com Вернуться назад |