Главная > Manset / Dünya > Türkiyə PUA-sı İranda Rəisinin helikopterini axtarır

Türkiyə PUA-sı İranda Rəisinin helikopterini axtarır


20-05-2024, 08:00. Разместил: azadses
Türkiyə PUA-sı İran Prezidenti İbrahim Rəisinin qəza eniş edən helikopterinin axtarışına kömək üçün bu ölkənin hava məkanına daxil olub.

“Report” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, bu, "Baykar"ın istehsalı olan "Akıncı" zərbə-kəşfiyyat pilotsuz təyyarəsidir.

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Tehranla sıx əlaqədədir və Rəisini daşıyan helikopterin sərt enişi ilə bağlı istənilən dəstəyi verməyə hazırdır.

Qeyd edək ki, mayın 19-da İran Prezidentinin olduğu helikopter sərt eniş edib. Təyyarədə həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və ölkənin bir sıra digər rəsmiləri də olub. Prezidentin kortejində üç helikopter olub, onlardan ikisi nazirləri və məmurları daşıyaraq təyinat yerinə salamat çatıb.


Вернуться назад