Главная > Manset / Siyasət > Azərbaycan hərbçiləri Türkiyədə xilasetmə əməliyyatı məşqlərini icra ediblər

Azərbaycan hərbçiləri Türkiyədə xilasetmə əməliyyatı məşqlərini icra ediblər


14-05-2024, 14:42. Разместил: azadses
Azərbaycan hərbçiləri Türkiyədə keçirilən “Anadolu Ankası – 2024” təlimləri çərçivəsində xilasetmə əməliyyatı məşqlərini icra ediblər.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, manevrlərin məqsədi komanda və idarəetmə prosesini sınamaq və təkmilləşdirmək, şəxsi heyət arasında koordinasiyanı gücləndirmək və əməkdaşlıq sahələrini artırmaqdır.

Xatırladaq ki, mayın 17-nə qədər davam edəcək beynəlxalq təlimdə Azərbaycanı Hərbi Hava Qüvvələrinin Paraşüt-desant və axtarış-xilasetmə xidmətinin bir qrup şəxsi heyəti, aviasiya vasitələri, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları təmsil edirlər.


Вернуться назад