Главная > Manset / Siyasət > Şuşa icra başçısının müavini: Artıq iyunda şəhərimizdə 370 ailə yaşayacaq

Şuşa icra başçısının müavini: Artıq iyunda şəhərimizdə 370 ailə yaşayacaq


14-05-2024, 11:19. Разместил: azadses
Artıq iyun ayında Şuşa şəhərində 370 ailə – 1 450 nəfər yaşayacaq.

“Report” xəbər verir ki, bunu Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva açıqlayıb.

“Artıq şəhərimizə köç başlayıb. İyun ayında 370 ailə – 1 450 nəfər şəhərimizdə yaşayacaqlar. Bu, böyük xoşbəxtlikdir. Mərhələ-mərhələ hər bir şuşalı doğma yurduna xoşbəxt həyatını davam etdirəcək”, – o qeyd edib.

O əlavə edib ki, “Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatiyası, böyük sərkərdəliyi sayəsində bu uğura nail olmuşuq”.

Xatırladaq ki, mayın 14-də Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.


Вернуться назад