Главная > Manset / Dünya > Ukrayna Silahlı Qüvvələri Xarkovun bir sıra mövqelərindən geri çəkildiyini açıqlayıb
Ukrayna Silahlı Qüvvələri Xarkovun bir sıra mövqelərindən geri çəkildiyini açıqlayıb12-05-2024, 08:00. Разместил: azadses |
Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin şimalında bəzi mövqeləri tərk etməyə məcbur qalıb, bir yaşayış məntəqəsi isə Rusiyanın nəzarətinə keçib. “Report” xəbər verir ki, bu barədə Ukrayna Milli Qvardiyasının “Omeqa” xüsusi təyinatlı ayrı dəstəsinin “Hostri Kartuzı” bölməsi, habelə Ukrayna Müdafiə Nazirliyinə yaxın OSINT-layihə olan “DeepState” teleqram kanalı bildirib. “Hostri Kartuzı” açıqlayıb ki, Ukrayna hərbçiləri rusiyalıların təzyiqindən bəzi mövqeləri tərk etməli olublar. “Saat on dörddə strateji önəmə malik Hlıboke yaşayış məntəqəsi uğrunda döyüşlər başlayıb. Rusiyalılar dəstbədəst ölsələr də, yenə də təzyiq göstərirlər və bəzi yerlərdə uğur qazanırlar. Gecə çox çətin olacaq”, – məlumatda diqqətə çatdırılıb. Eyni zamanda, bölmənin dərc etdiyi videoda da hərbçilərin geri çəkildiyi vurğulanıb: “Bu gün şiddətli döyüşlər zamanı müdafiəçilərimiz daha bir neçə mövqedən geri çəkilməyə məcbur oldular, bu gün daha bir yaşayış məntəqəsi tamamilə Rusiyanın nəzarətinə keçdi. Saat 20:00-a olan məlumata görə, Hlıboke yaşayış məntəqəsi uğrunda döyüşlər gedir”. “DeepState” layihəsinə görə, “Hostri Kartuzı” bölməsinin videolarından birində Rusiyanın piyada kolonu Moroxovets kəndindən cənuba doğru irəliləyir. “DeepState” həmçinin bildirir ki, Vovçansk yaxınlığındakı Ohirtseve kəndinin cənub hissəsində pilotsuz uçuş aparatları qarşı tərəfin texnikasını aşkarlayıb və bu, onların irəlilədiyini göstərir. Вернуться назад |