Главная > Manset / Dünya > Peru Prezidenti səlahiyyətlərini aşmaqda şübhəli bilinir
Peru Prezidenti səlahiyyətlərini aşmaqda şübhəli bilinir11-05-2024, 08:00. Разместил: azadses |
Peru Baş Prokurorluğu antikorrupsiya işləri ilə məşğul olan polis bölməsinin ləğvi ilə əlaqədar ölkə prezidenti Dina Boluarte və daxili işlər naziri Valter Ortisə qarşı ilkin istintaqa başlayıb. “Report” xəbər verir ki, onların hər ikisi vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinir. Qeyd olunub ki, Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Bölməsinə dəstək verən polis əməliyyat qrupunun hansı qərarla ləğv olunduğu araşdırılır. Peru hökuməti bu qərarı qrupun başqa strukturun funksiyalarını təkrarlaması ilə əsaslandırıb. Bu, Boluarteyə qarşı ilk ilkin istintaq deyil. Əvvəllər prokurorluq onu qanunsuz varlanmada və çirkli pulların yuyulmasında şübhəli bilirdi. Вернуться назад |