Главная > Manset / Dünya > Demokratların lideri Ukraynaya qoşun göndərilməsini istisna etməyib
Demokratların lideri Ukraynaya qoşun göndərilməsini istisna etməyib6-05-2024, 11:19. Разместил: azadses |
ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Ceffris Kiyevin məğlub olacağı təqdirdə, ABŞ-nin Ukraynaya qoşun yeritməli olacağını istisna etməyib. “Report” xəbər verir ki, bu barədə konqresmen CBS telekanalına müsahibəsində deyib. “Ukraynanın süquta uğramasına imkan verə bilmərik, çünki bu baş verərsə, Amerikanın münaqişəyə təkcə pulumuzun köməyi ilə deyil, həm də qoşunlarımızla qarışmalı olacağı ehtimalı böyük olacaq”, – o qeyd edib. Вернуться назад |