Главная > Manset / Dünya > ABŞ kəşfiyyatı: Rusiya ilə Çin arasında tərəfdaşlıq bütün sahələrdə inkişaf edir

ABŞ kəşfiyyatı: Rusiya ilə Çin arasında tərəfdaşlıq bütün sahələrdə inkişaf edir


4-05-2024, 09:39. Разместил: azadses
Birləşmiş Ştatların kəşfiyyatı hesab edir ki, Rusiya ilə Çin arasında tərəfdaşlıq bütün sahələrdə inkişaf edir.

“Report” xəbər verir ki, bu sözləri ABŞ Milli kəşfiyyatı direktoru Evril Heyns Konqresin Senatının Silahlı Qüvvələr Komitəsində keçirilmiş dinləmələrdə deyib.

Rusiya və Çin arasındakı “sərhədsiz tərəfdaşlığın” ABŞ-nin uzunmüddətli planlarına necə təsir etdiyi ilə bağlı sualı cavablandıran Hayns bildirib ki, Amerika kəşfiyyatı bu mövzuda “əhəmiyyətli miqdarda analitik material” təqdim edib.

“Düşünürəm, oxuduqlarınızın çoxu bütün sahələrdə, o cümlədən sosial, iqtisadi, hərbi, texnoloji və s. sferalarda artan əməkdaşlıq və sərhədsiz tərəfdaşlığa işarə edir. Bu, bizim anlayışımıza görə, Amerika hökumətini bir çox aspekt üzrə yeni planlaşdırmaya sövq edən şeydir”, – Heyns vurğulayıb.

Eyni zamanda, ABŞ Milli kəşfiyyatı direktoru Rusiya və Çinin “ilk dəfə Tayvanla bağlı birgə təlimlər keçirdiklərini” irəli sürüb:

“Bu, Çinin qəti şəkildə Rusiya ilə əməkdaşlıq etmək istədiyi bir sahədir və biz onların bunu etməməsi üçün heç bir səbəb görmürük”.


Вернуться назад