Главная > Manset / Dünya > Türkiyədə daha bir partiyanın sədri istefa verir
Türkiyədə daha bir partiyanın sədri istefa verir4-05-2024, 08:00. Разместил: azadses |
Türkiyənin Səadət Partiyasının sədri Təməl Karamollaoğlu istefa verəcəyini açıqlayıb. “Report” xəbər verir ki, bu barədə 82 yaşlı siyasətçi TV5-in efirində bildirib. Karamollaoğlu telekanala açıqlamasında, partiya rəhbərliyindən ayrılmasına baxmayaraq, siyasətdən getməyəcəyini deyib: “Dostlarımızdan kim başqan olarsa, onun ən böyük dəstəkçisi, köməkçisi mən olacağam”. O, sədrlikdən çəkilməsini səhhəti ilə əlaqələndirib: “Artıq sağlamlığım bu vəzifəni yerinə yetirməyə icazə vermir. Seçki dövründə mən sadəcə dörd yerə gedə bildim. Bu, bir sədr üçün ciddi əskiklikdir”. Xatırladaq ki, daha öncə Kamal Kılıçdaroğlu CHP-dəki kreslosundan olub, İYİ Partiyada isə Meral Akşener dövrünə son verilib. Вернуться назад |