Главная > Manset / Dünya > Politico: Bayden Ukraynanı kampaniya gündəmi fonunda ikinci plana keçirib
Politico: Bayden Ukraynanı kampaniya gündəmi fonunda ikinci plana keçirib3-05-2024, 13:00. Разместил: azadses |
ABŞ prezidenti Cozef Baydenin administrasiyasının əməkdaşları noyabrda ölkədə keçiriləcək ümumi seçkilərə altı ay qalmış Ukrayna ilə bağlı çıxışlarında daha az vaxt ayırmaq və ilk növbədə ABŞ-ın iqtisadi problemlərinə diqqət yetirmək niyyətindədirlər. “Report” xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb. Onların sözlərinə görə, bu qərar Amerika liderinin aprelin 24-də Ukraynaya yardım haqqında daha əvvəl Konqres tərəfindən təsdiq edilmiş qanunlar paketini imzalamasından sonra verilib. Nəşr qeyd edib ki, yaxın aylarda həm ABŞ administrasiyası rəsmilərinin, həm də yenidən seçilmək istəyən Baydenin seçki qərargahı üzvlərinin çıxışlarında Ukrayna mövzusu arxa plana keçəcək. Vurğulanıb ki, indi Konqres tərəfindən əlavə ayırmalar qəbul edildikdən sonra, bu məsələ təbii olaraq daha az aktuallaşıb. Qəzetə müsahibə verən ekspertlərin fikrincə, belə bir qərar amerikalılar arasında Ukraynaya dəstəyi zəiflədə bilər. Вернуться назад |