Главная > Manset / Dünya > Gürcüstan Prezidenti: Zorakılıq xalqı dayandıra bilməz

Gürcüstan Prezidenti: Zorakılıq xalqı dayandıra bilməz


2-05-2024, 09:41. Разместил: azadses
“Xarici təsirin şəffaflığı haqqında” qanun Rusiyadan ilhamlanıb və etirazlara səbəb olub. Etirazlara Rusiya təsirinə qayıtmaq istəməyən gənclər rəhbərlik edir.

"Report"un yerli bürosu xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili “Sky News”a deyib.

Prezidentin sözlərinə görə, Gürcüstan vətəndaşları heç kimə Avropa perspektivini və reallığını oğurlamağa imkan verməyəcək: “Bəzi müxalifət liderlərinə və gənclərə qarşı zorakılıq tətbiq olundu, lakin bu, Gürcüstan xalqını dayandıra bilməz. Bu, uzun döyüşdür, Gürcüstan əvvəllər dəfələrlə Rusiyanın üstünlüyünü məğlub edib. Bu qanun layihəsinin yenidən gündəmə gətirilməsində vacib odur ki, layihə sırf Rusiyadan ilhamlanıb və etirazlara səbəb olub".

"Vacibdir ki, bunu müxalifət partiyaları deyil, əhalinin Rusiya təsirinə qayıtmaq istəməyən gənc hissəsi təşkil edib. Biz bu statusu gördük. Namizəlik dekabr ayında verildi ki, Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar ilin sonunda başlaya bilər. Bu reallıqdır və heç kimə perspektivi oğurlamağa imkan verilməyəcək", - S.Zurabişvili bildirib.


Вернуться назад