Главная > Manset / Cəmiyyət > “WhatsApp”a yeni funksiya gəlir

“WhatsApp”a yeni funksiya gəlir


28-04-2024, 17:09. Разместил: azadses
Populyar “WhatsApp” mesencerində xüsusi nişandan istifadə edərək vacib söhbətləri ayırmağa imkan verən yeni funksiya olacaq.

Bildirilir ki, proqramda söhbətlər üçün “Sevimlilər” bölməsi yaradılacaq. Bu kateqoriya üçün lazımi dialoqları mesencer parametrlərində və ya pəncərənin özündə əlavə edə bilərsiniz.

Yeni funksiya mühüm həmsöhbətlərdən gələn mesajları qaçırmamağa imkan verəcək.
Funksiya gələcək proqram yeniləməsində Android əməliyyat sisteminə əsaslanan cihazlar üçün əlçatan olacaq.

Mənbə: lenta.ru


Вернуться назад