Главная > Manset / Dünya > Arıqlamaq istəyənlər hansı meyvələrdən imtina etməlidirlər?
Arıqlamaq istəyənlər hansı meyvələrdən imtina etməlidirlər?26-04-2024, 16:17. Разместил: azadses |
Banan, manqo və qovun sağlam və dadlı qidalardır, lakin arıqlamaq istəyənlər üçün əks göstərişdir. Bu barədə diyetoloq Maykl Mosli xəbərdarlıq edib. Mütəxəssis arıqlayarkən ilk növbədə banandan imtina etməyə çağırıb, çünki bir bananda təxminən üç xörək qaşığı şəkər var. “Ananas, qovun və manqo kimi bəzi digər tropik meyvələrdə də fruktoza az deyil. Arıqlayanlar da onlardan uzaq durmalı və ya kiçik hissələrdə istehlak etməlidirlər”, - deyə Mosli əlavə edib. “Şirin meyvələr əvəzinə, Mosli rasiona daha çox təzə giləmeyvə əlavə etməyi tövsiyə edib. Onun sözlərinə görə, onlar orqanizm üçün faydalı maddələr və vitaminlərlə zəngindir və tərkibində şəkər demək olar ki, yoxdur. Məsələn, bir fincan moruqda cəmi beş qram şəkər var”, - ekspert qeyd edib. Bundan əlavə, diyetoloq arıqlayan insanlara yağlı və duzlu qidalardan sui-istifadə etməməyi, həmçinin kolbasa və çips kimi emal olunmuş qidalardan uzaq durmağı tövsiyə edib. Mənbə: Lenta.ru Вернуться назад |