Главная > Manset / Dünya > Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək
Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək26-04-2024, 12:09. Разместил: azadses |
Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək. “Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi mətbuat konfransında bildirib. “Baş nazir Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək. Bu il Yaponiyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) üzv olmasının 60 illiyi qeyd olunur. Fransada Baş nazir Kişida İƏİT-in nazirlər iclasında iştirak edəcək. Bundan əlavə, [Fransa Prezidenti Emmanuel Makron ilə] yüksək səviyyəli görüş planlaşdırılır ki, bu görüş zamanı ikitərəfli münasibətlər və beynəlxalq məsələlər müzakirə olunacaq”. Bundan sonra Kişida Paraqvay və Braziliyaya yollanacaq. Bu onun 2021-ci ildə baş nazir olduqdan sonra bu ölkələrə ilk səfərləri olacaq. Braziliyada Yaponiya hökumətinin başçısı G20 çərçivəsində əməkdaşlıqla bağlı məsələləri müzakirə etmək niyyətindədir. Вернуться назад |