Главная > Manset / Dünya > ABŞ Çin ilə sabit münasibətlərdə maraqlı olduğunu bildirib

ABŞ Çin ilə sabit münasibətlərdə maraqlı olduğunu bildirib


24-04-2024, 08:53. Разместил: azadses
Amerika Birləşmiş Ştatları Hind-Sakit Okean bölgəsində Çin ilə sabit əlaqələr qurmağa çalışır.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbəri Karlos del Toro Vaşinqtonda Stimson adına analitik Mərkəzində çıxış edərkən deyib.

"Dinc, açıq və azad Hind-Sakit okean bölgəsi istəyirik və Çin, digər rəqiblərimizlə davamlı əlaqələr qurmağa çalışmalıyıq", - Del Toro deyib. "Dinc yanaşı yaşamağa çalışmalıyıq", - o əlavə edib.

Nazir qeyd edib ki, ABŞ bölgədəki müttəfiqləri ilə, o cümlədən Hind-Sakit Okean bölgəsindəki bir neçə ada ilə bağlı Çin ilə ərazi mübahisələri olan ölkələrlə birlikdə onların həlli üzərində işləməlidir. Eyni zamanda, Pentaqon nümayəndəsi ABŞ-nin bu mövqeyinin "digər ölkələrin Çinlə ticarət etməməsi və ya Pekinlə yaxşı iqtisadi münasibətlər qurmaması" demək olmadığını vurğulayıb.

O, Hind-Sakit Okean bölgəsində "gəmilərin sərbəst keçməsi və təyyarələrin icazə verildiyi yerdə uçması da daxil olmaqla"beynəlxalq hüquq normalarına riayət edilməli olduğunu bildirib.


Вернуться назад