Главная > Manset / Dünya > Bayden ailəsinin illik gəliri 619,9 min dollar olan vergi bəyannaməsini təqdim edib

Bayden ailəsinin illik gəliri 619,9 min dollar olan vergi bəyannaməsini təqdim edib


16-04-2024, 12:08. Разместил: azadses
ABŞ Prezidenti Cozef Bayden və birinci xanım Cill Bayden ailənin 619,9 min dollar məbləğində illik gəliri barədə hesabat verən birgə vergi bəyannaməsini açıqlayıblar ki, bunun da 146,6 min dolları 2023-cü ildə federal vergi kimi ödənilib.

“Report” xəbər verir ki, müvafiq bəyanat, eləcə də sənədlər bazar ertəsi Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.

Sənədlərdən görünür ki, gəlir vergisi dərəcəsi 23,7 % idi. Bundan əlavə, cütlüyün ailə evi olduğu Delaver ştatında vergi kimi 30,9 min dollar ödənilib. Cill Bayden həmçinin Virciniya ştatında 3,5 min dollar vergi ödəyib. Bundan əlavə, Prezident və birinci xanım xeyriyyəçilik üçün təxminən 20,5 min dollar bağışlayıblar. İanələr 17 xeyriyyə təşkilatına göndərilib. Ötən il Bayden ailənin illik gəliri 579,5 min dollar olub.

Vitse-prezident Kamala Harris və əri Duqlas Emhoff da vergi sənədlərini açıqlayıblar. Onların ümumi gəliri təxminən 450,3 min dollar təşkil edib ki, bunun da 88,5 mindən çoxu gəlir vergisi kimi ödənilib. Nisbət 19,7 % olub. Onlar həmçinin Kaliforniya ştatında 15,1 min dollar vergi ödəyiblər. Emhoff əlavə olaraq Kolumbiya Metropolitenində təxminən 11,6 min dollar vergi ödəyib. 2023-cü ildə xeyriyyəçilik üçün 23 min dollar veriblər.


Вернуться назад