Главная > Manset / Dünya > Bayden Konqres liderləri ilə İsrail və Ukraynaya dəstək perspektivlərini müzakirə edib
Bayden Konqres liderləri ilə İsrail və Ukraynaya dəstək perspektivlərini müzakirə edib15-04-2024, 13:02. Разместил: azadses |
ABŞ Prezidenti Cozef Bayden Konqresdə Demokratik və Respublikaçı partiyalarının liderləri ilə İsrail və Ukraynaya əlavə yardımı ehtiva edən qanun layihəsinin təsdiqlənməsi perspektivlərini müzakirə edib. “Report” xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib. Belə ki, Bayden İranın İsrail ərazisinə endirdiyi zərbə ilə əlaqədar “Senatdakı [demokrat] çoxluğun lideri [Çak] Şumer, [respublikaçı] azlığın lideri [Mitç] Makkonnell, habelə Nümayəndələr Palatasının [respublikaçı] sədri [Mayk] Conson, [demokrat] azlığın lideri Hakim Ceffris” ilə danışıb. “Söhbət zamanı prezident Nümayəndələr Palatasının milli təhlükəsizlik sahəsində əlavə maliyyə ayrılması sorğusunu tez bir zamanda təsdiqləməsinin zəruriliyini qeyd edib”, – sənəddə vurğulanıb. Вернуться назад |