Главная > Manset / Dünya > Türkiyə Mərkəzi Bankı illik zərəri açıqlayıb: 818 milyard lirə
Türkiyə Mərkəzi Bankı illik zərəri açıqlayıb: 818 milyard lirə15-04-2024, 09:42. Разместил: azadses |
Türkiyə Respublika Mərkəzi Bankı 2023-cü ilin hesabatını açıqlayıb. “Report” xəbər verir ki, bu barədə yeni qanunvericilik və digər rəsmi elanları dərc edən Türkiyə Respublikasının Rəsmi Qəzetində diqqətə çatdırılıb. Sənədə əsasən, reallaşmış zərər 818,2 milyard türk lirəsi (TL) olub. Bundan başqa, hələ reallaşmamış “digər” maddələrin cəmi 817,8 milyard TL olaraq müəyyən edilib. Bu zərərin 2023-cü il hesabat dövründə həyata keçirilmiş Məzənnə ilə Qorunan Depozit (KKM) yükü və valyuta əməliyyatlarından qaynaqlandığı bildirilir. Вернуться назад |