Главная > Manset / İqtisadiyyat > Kabil TƏPH kəməri layihəsi üzrə işlərin bərpa olunacağını açıqlayıb

Kabil TƏPH kəməri layihəsi üzrə işlərin bərpa olunacağını açıqlayıb


13-04-2024, 08:00. Разместил: azadses
Əfqanıstanın Baş naziri Məhəmməd Həsən Axund Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TƏPH) qaz kəməri layihəsi üzrə işlərin tezliklə bərpa olunacağını elan edib.

“Report” Türkmənistanın rusdilli rəsmi qəzeti olan “Neytralnı Turkmenistan”a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın hökumət başçısının Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova Ramazan bayramı münasibətilə təbrik teleqramında deyilir.

Qeyd olunub ki, “Əfqanıstan qonşu Türkmənistanla sıx əlaqələrə xüsusi önəm verir”. O həmçinin vurğulayıb ki, “Əfqanıstan Türkmənistanla siyasi və iqtisadi münasibətlərdə son irəliləyişi yüksək qiymətləndirir və əməkdaşlığın daha da inkişaf etdirilməsini səbirsizliklə gözləyir”.

“Fürsətdən istifadə edərək qeyd etmək istərdim ki, Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəməri layihəsi üzrə işlərin tezliklə bərpa olunacağı gözlənilir”, – Məhəmməd Həsən Axund nəql edib.


Вернуться назад