Главная > Manset / Dünya > Avropa Parlamenti Aİ-də abort hüququnun konsolidasiyasına dəstək verib
Avropa Parlamenti Aİ-də abort hüququnun konsolidasiyasına dəstək verib12-04-2024, 16:20. Разместил: azadses |
Avropa Parlamentinin üzvləri Avropa İttifaqı Şurasına cinsi, reproduktiv sağlamlıq, təhlükəsiz və qanuni abort hüququnu Aİ-nin Əsas Hüquqlar Xartiyasına əlavə etməyə çağıran qətnaməni dəstəkləyiblər. “Report” xəbər verir ki, qətnaməni 336 deputat dəstəkləyib, 163 deputat isə əleyhinə çıxıb. Sənəd Aİ-yə üzv dövlətləri - ilk növbədə Polşa və Maltanı abortu tamamilə dekriminallaşdırmağa və abort qarşısındakı maneələri aradan qaldırmağa və onlarla mübarizə aparmağa çağırır. Avropa Parlamentinin üzvləri həmçinin Aİ-də abort əleyhinə qrupların maliyyələşdirilməsinin artırılmasından narahat olduqlarını bildiriblər və Avropa Komissiyasını qadınların reproduktiv hüquqlarının məhdudlaşdırılmasını müdafiə edən təşkilatlara maliyyə ayırmamağa çağırıblar. Вернуться назад |