Главная > Manset / Dünya > KİV: Ermənistan müxalifəti delimitasiya prosesi ilə bağlı referendumun keçirilməsini tələb edir
KİV: Ermənistan müxalifəti delimitasiya prosesi ilə bağlı referendumun keçirilməsini tələb edir10-04-2024, 13:00. Разместил: azadses |
Ermənistanda referendumun keçirilməsi zəruridir. "Report" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu tələblə müxalifət çıxış edib. Məlumata görə, aprelin 9-da parlamentdə sərhədlərin delimitasiyası ilə bağlı qapalı iclas kifayət qədər gərgin keçib: "Xarici işlər naziri Ararat Mirzoyan baş nazir Nikol Paşinyanın təklif etdiyi tezisləri inadla müdafiə edərək xüsusilə fəallıq nümayiş etdirib". “Baş nazirin müavini Mger Qriqoryan daha konstruktiv olub. O qeyd edib ki, yenidən belə bir görüşdə iştirak etməyə hazırdır. Sərhədin delimitasiyası ilə bağlı işlərin nə vaxt başlayacağı və hansı xəritələrin əsas götürüləcəyi hələ dəqiq bilinmir”, - məlumatda qeyd olunub. İddia olunur ki, müxalifət referendum olmadan delimitasiya prosesinin reallaşmasına qarşı çıxıb. Qeyd edək ki, aprelin 9-da Ermənistan Milli Assambleyasında müxalifətin təşəbbüsü ilə sərhədin delimitasiyası və demarkasiyası məsələlərinə həsr olunmuş qapalı iclas keçirilib. Əsas çıxış edənlər xarici işlər naziri A.Mirzoyan və M.Qriqoryan olub. Вернуться назад |