Главная > Manset / Dünya > Cənubi Koreyanın ikinci kəşfiyyat peyki hədəf orbitinə daxil olub

Cənubi Koreyanın ikinci kəşfiyyat peyki hədəf orbitinə daxil olub


8-04-2024, 13:56. Разместил: azadses
Amerikanın “SpaceX” şirkətinin “Falcon 9” raketi Cənubi Koreyanın ikinci kəşfiyyat peykini orbitə çıxarıb.

"Report"un xəbərinə görə, bu barədə "Yonhap" agentliyi Koreya Respublikasının Milli Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

“Koreya Respublikası Silahlı Qüvvələrinin ikinci hərbi kəşfiyyat peyki təxminən saat 09:02-də (Bakı vaxtı ilə 04:02) raketdən uğurla ayrılaraq hədəf orbitinə daxil olub”, - nazirlikdən bildirilib. Plana görə, saat 09:11 radələrində peyk xarici yerüstü stansiya ilə əlaqə yaratmalı idi.

“Falcon 9” raketi Con Kennedi adına Kosmik Mərkəzdən ABŞ-nin Florida ştatında yerli vaxtla aprelin 7-də, Seul vaxtı ilə aprelin 8-də saat 08:17-də (Bakı vaxtı ilə aprelin 8-i saat 03:17-də) buraxılıb.

“Yonhap” qeyd edir ki, peykin texniki avadanlığı ona hava şəraitindən asılı olmayaraq məlumat toplamağa imkan verir. Ümumilikdə Seul 2025-ci ilə qədər beş kəşfiyyat aparatı buraxmağı planlaşdırır, bu, iki saatlıq fasilələrlə KXDR-in müşahidəsini təmin edəcək.


Вернуться назад