Главная > Manset / Siyasət > Erməniləri dəstəkləyən rusiyalı iş adamı xarici agent elan edildi

Erməniləri dəstəkləyən rusiyalı iş adamı xarici agent elan edildi


6-04-2024, 18:56. Разместил: azadses
Rusiya Federasiyasının Ədliyyə Nazirliyi “Anderson” kafelər şəbəkəsinin təsisçisi Anastasiya Tatulovanı xarici agentlərin reyestrinə əlavə edib.

Bildirilir ki, Tatulova müəyyən bir xarici mənbənin təlimatı ilə Rusiya və ölkə ordusu haqqında mənfi imic yaratmağa yönəlmiş yalan məlumatlar yayıb.

Qeyd edək ki, 2020-ci ildə Tatulova Ermənistan-Azərbaycan münaqişəsində həm fikirləri, həm də pulu ilə Ermənistanın tərəfində olduğunu bildirib. Onun bu paylaşımından sonra Bakıda fəaliyyət göstərən “Cafe Anderson” adını dəyişərək bu brendlə bütün əlaqələri və əməkdaşlığı tamamilə dayandıraraq franşizadan imtina edib.

Sonradan Tatulovanın özü də kütləvi yoxlamaların ardından “Anderson” kafelər şəbəkəsini “Vkusvil”ə satıb. Bundan bir qədər əvvəl isə o, Sahibkarların Müdafiəsi üzrə Ombudsman vəzifəsini tərk edib.

Mənbə: Daily Afisha


Вернуться назад