Главная > Manset / Dünya > ABŞ cari ilin birinci rübündə İŞİD-ə qarşı 94 əməliyyat keçirib

ABŞ cari ilin birinci rübündə İŞİD-ə qarşı 94 əməliyyat keçirib


6-04-2024, 11:19. Разместил: azadses
Cari ilin birinci rübündə (yanvardan mart ayına qədər) ABŞ Suriya və İraqda İŞİD terror təşkilatına qarşı 94 əməliyyat keçirib.

"Report"un məlumatına görə, bu barədə cümə günü ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

“Yanvardan mart ayına qədər İŞİD-i məğlub etmək üçün 94 missiya keçirilib, nəticədə 18 yaraqlı öldürüldü, 63-ü saxlanıldı”, - nazirliyin “X”dəki (keçmiş tviter) səhifəsində dərc edilən bəyanatda deyilir.

Qeyd olunur ki, əməliyyatların 66-sı İraqda, 28-i Suriyada həyata keçirilib. “Suriya və İraqda təxminən 2,5 min yaraqlının təqibinin davam etdirilməsi İŞİD-in son məğlubiyyətinin vacib komponentidir”, - paylaşımda deyilir.


Вернуться назад