Главная > Manset / Dünya > KİV: İsrail ordusu HƏMAS-la əlaqəli hədəfləri seçmək üçün süni intellektdən istifadə edə bilər

KİV: İsrail ordusu HƏMAS-la əlaqəli hədəfləri seçmək üçün süni intellektdən istifadə edə bilər


4-04-2024, 12:07. Разместил: azadses
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında hava hücumları üçün hədəfləri seçmək üçün süni intellekt texnologiyasından istifadə edə bilər.

“Report”un məlumatına görə, bu barədə “The Guardian” qəzeti anonimlik şərti ilə qüdslü jurnalist Yuval Abrahamın danışdığı altı İsrail kəşfiyyatçısının açıqlamalarına istinadən xəbər verir.

Qeyd olunub ki, İsrail Hərbi Kəşfiyyat İdarəsinin 8200-cü bölməsi son illərdə ona böyük həcmdə informasiyanı emal etməyə və hərbçilər üçün hədəflər bazası yaratmağa imkan verən iki sistem yaradıb.

“Lavender” sistemi radikal HƏMAS qruplaşması ilə əlaqəli anklav sakinlərinin, “Gospel” sistemi isə yaraqlıların istifadə edə biləcəyi bina və tikililərin qeydlərini aparır. HƏMAS-ın silahlı qanadının üzvlərini müəyyən etməkdə “Lavender” alqoritmlərinin sınaqları 90% dəqiqlik nümayiş etdirib.

Jurnalistin həmsöhbətlərindən biri deyib ki, ən yüksək rəqəm sistem tərəfindən göstərilən potensial hədəflər olan 37 min adam idi:

“Bununla belə, rəqəmlər hər zaman dəyişib, çünki hər şey kimin HƏMAS yaraqlısı hesab olunduğuna dair təyin etdiyiniz meyarlardan asılıdır”.

Sistemin necə işlədiyi barədə danışan bəzi kəşfiyyatçılar, hava hücumları üçün onlara daha çox hədəf təmin etmək üçün ordunun təzyiqlərini qeyd ediblər. Bir HƏMAS üzvünün İsrail hərbçiləri tərəfindən məhv edildiyi zaman nə qədər mülki şəxsin öldürülə biləcəyini müəyyən edən göstərici də qeyd edilib.

Ordunun Qəzza zolağında apardığı hərbi əməliyyatların əvvəlində 1 yaraqlı məhv edilərkən 15-20 mülki şəxsin həlak olması məqbul sayılsa da, sonra bu sayın azaldılmasına dair qərar verilib.

İsrail ordusu isə hava hücumu hədəflərinin süni intellektdən istifadə etməklə seçildiyi iddialarını təkzib edib. Bildirilib ki, İsrail ordusu əməliyyatları beynəlxalq hüquq əsasında həyata keçirir. Belə ki, ordu hədəfləri seçərkən və ya yaraqlını məhv edərkən əlavə yoxlamalar aparır.


Вернуться назад