Главная > Manset / Dünya > Alimlərdən Marsla bağlı inanılmaz kəşf
Alimlərdən Marsla bağlı inanılmaz kəşf31-03-2024, 17:09. Разместил: azadses |
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) alimləri müəyyən ediblər ki, Mars dərhal susuzlaşmayıb. Planetdə zamanla rütubət və quraqlıq dövrləri bir-birini əvəz edib. Bu barədə Kosmik Agentliyin rəsmi saytında məlumat verilib. Tədqiqatçıların qənaətləri “Curiosity” roverinin əldə etdiyi yeni məlumatlara əsaslanır. Qurğunun süxurların tərkibi haqqında ötürdüyü məlumatda suyun buxarlanması zamanı tez-tez əmələ gələn sulfatlarla, duzlu minerallarla zəngin təbəqə aşkarlanıb. Bu isə o deməkdir ki, Marsın bu bölgəsini bir neçə dəfə su basıb. Вернуться назад |