Главная > Manset / Dünya > Lavrov: Ermənistan rəsmiləri onlara Avropa İttifaqına daha çox bel bağlamaq lazım olduğunu açıq deyirlər
Lavrov: Ermənistan rəsmiləri onlara Avropa İttifaqına daha çox bel bağlamaq lazım olduğunu açıq deyirlər29-03-2024, 10:30. Разместил: azadses |
Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan baş naziri Nikol Paşinyanı ikitərəfli münasibətlərin pozulmasında ittiham edib. “Report” xəbər verir ki, o, bu barədə “İzvestiya”ya müsahibəsində deyib. “Müxtəlif görüşlər üçün İrəvana gedəndə baş nazir Nikol Paşinyanla da danışmışam. Mənə elə gəlirdi ki, o, Rusiya ilə müttəfiqlik münasibətlərinin davam etdirilməsinin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində qarşılıqlı fəaliyyətin Ermənistana nə fayda gətirəcəyini hələ də başa düşür. Amma indi həm Ermənistanın Təhlükəsizlik Şurasında, həm də parlamentdə Ermənistan rəsmiləri birbaşa deyirlər ki, bizə Avropa İttifaqına daha çox bel bağlamaq lazımdır. Onların sözlərinə görə, KTMT guya respublika qarşısında öz öhdəliklərini yerinə yetirmir”, - nazir bildirib. Вернуться назад |