Главная > Manset / Dünya > Şolts Putinlə sonuncu telefon danışığının tarixini açıqlayıb

Şolts Putinlə sonuncu telefon danışığının tarixini açıqlayıb


28-03-2024, 13:00. Разместил: azadses
Almaniyanın kansleri Olaf Şoltsla Rusiya Prezidenti Vladimir Putin arasında sonuncu telefon danışığı 2022-ci ilin dekabrında olub.

“Report” xəbər verir ki, bu barədə Baş nazir “Markische Allgemeine Zeitung” qəzetinə müsahibəsində açıqlayıb.

“Son telefon danışığımız 2022-ci ilin dekabrında olub – ondan öncə bir-birimizlə daha tez-tez danışırdıq”, – deyə hökumət başçısı Rusiya lideri ilə sonuncu dəfə nə zaman danışdığına dair suala cavab verərkən bildirib. Kansler əlavə edib ki, müharibədən bir neçə gün qabaq onlar dörd saatdan çox “Moskvada üzbəüz söhbətləşiblər”.

Ukrayna ilə bağlı sülh danışıqlarının mümkünlüyü ilə bağlı sualı cavablandıran Almaniya hökumətinin başçısı qeyd edib ki, “bir sıra ölkələr, o cümlədən Ukrayna hazırda təhlükəsizlik üzrə müşavirlər səviyyəsində sülh prosesinə gətirib çıxaracaq bir şeyin necə görünə biləcəyini müzakirə edir”:

“Ancaq bir şeyi açıq deyim: sülh istənilən vaxt mümkündür”.


Вернуться назад