Главная > Manset / Dünya > Rusiyanın xarici kəşfiyyat rəisi Şimali Koreyada səfərdə olub
Rusiyanın xarici kəşfiyyat rəisi Şimali Koreyada səfərdə olub28-03-2024, 12:09. Разместил: azadses |
Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə martın 25-dən 27-dən Koreya Xalq Demokratik Respublikasının (KXDR) paytaxtı Pxenyanda olub. “Report” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi bildirib. “Səfər zamanı KXDR-in dövlət təhlükəsizliyi naziri Li Çan De ilə <...> Narışkin arasında danışıqlar, eləcə də KXDR-in Dövlət Təhlükəsizlik Nazirliyinin işçiləri və RF XKX-nin nümayəndə heyətinin üzvləri arasında işgüzar danışıqlar aparılıb”, – agentlik diqqətə çatdırıb. Bildirilib ki, tərəflər “düşmən qüvvələrin artan casusluğuna və fitnəsinə cavab olaraq əməkdaşlığın daha da gücləndirilməsi üçün işgüzar məsələləri geniş və ciddi şəkildə müzakirə ediblər”. Вернуться назад |