Главная > Manset / Dünya > Budanov: Rusiya İlan adasını geri almağa ümid edir, lakin bu, real deyil

Budanov: Rusiya İlan adasını geri almağa ümid edir, lakin bu, real deyil


25-03-2024, 08:51. Разместил: azadses
Rusiya Silahlı Qüvvələri Ukraynanın İlan adasını geri almaq planlarından əl çəkmir, onlar müntəzəm olaraq raket-bomba hücumları təşkil edirlər.

“Report” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəisi Kirilo Budanov milli telemarafonda yayımlanmış “BKİ. Dəniz uğrunda döyüş” sənədli layihəsindəki müsahibəsində söyləyib.

“Mütəmadi olaraq raket-bomba zərbələri endirilir. Bir neçə dəfə məlumat gəlib və biz <...> bunun təsdiqini görmüşük”, – Budanov bildirib.

Lakin onun sözlərinə görə, bunu etmək mümkün deyil.

“Ancaq onlar buna gedə bilmədilər, çünki qarnizonu adadan çıxarmaq artıq qeyri-mümkündür”, – kəşfiyyat rəisi vurğulayıb.

Xatırladaq ki, 2022-ci ilin iyunun 30-da Rusiya qoşunları İlan adasını tərk edib. Nəticədə bu, Ukrayna Silahlı Qüvvələrinə Odessa vilayətini Rusiyanın işğalından tamamilə azad etməyə, işğalçı qüvvələrin vilayət sahilinə çatmasının qarşısını almağa, həmçinin “taxıl dəhlizi” açmağa imkan verib.


Вернуться назад