Главная > Manset / Dünya > Bayden terror aktı işığında Putinə zəng etməyi planlaşdırmır

Bayden terror aktı işığında Putinə zəng etməyi planlaşdırmır


23-03-2024, 09:41. Разместил: azadses
ABŞ Prezidenti Cozef Bayden Moskva vilayətində baş vermiş terror aktı işığında rusiyalı həmkarı Vladimir Putinə zəng etməyi nəzərdə keçirmir.

“Report” xəbər verir ki, bu barədə Ağ evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi “RİA Novosti”yə bildirib.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Onların saxlanılıb-saxlanılmaması barədə məlumat verilməyib. Şübhəli şəxslərin beş nəfər olduğu güman edilir. Olayda ümumilikdə 60-dan çox insan ölüb, 147 nəfər yaralanıb.

Rusiya Prezidenti “Krokus siti holl”a hücumla bağlı rusiyalılara müraciət etməyib. “RİA Novosti” müraciətin anonsunu versə də, sonradan elanı “texniki xəta” adlandırıb.


Вернуться назад