Главная > Manset / İdman > “Böyük Dəbilqə”: ilk gündə Azərbaycanın 8 cüdoçusu mübarizəyə qoşulacaq
“Böyük Dəbilqə”: ilk gündə Azərbaycanın 8 cüdoçusu mübarizəyə qoşulacaq22-03-2024, 11:18. Разместил: azadses |
Bu gün Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək. “Report”un məlumatına görə, ilk gündə Azərbaycanın 8 cüdoçusu mübarizəyə qoşulacaq. Onlardan 4-ü qadın, 4-ü kişi olacaq. Yalnız Acelya Toprak və Ruslan Paşayev öz çəki dərəcələrində yarışa 1/32 finaldan qoşulacaqlar. Digər cüdoçularımız isə 1/16 finaldan çıxış edəcəklər. 1/16 final: Leyla Əliyeva (48 kq) - Katarina Tanzer (Avstriya) 1/16 final: Gültac Məmmədəliyeva (52 kq) - Leonye Qonzales (Fransa) / Binta Ndiaye (İsveçrə) cütünün qalibi 1/32 final: Acelya Toprak (57 kq) - Nino Loladze (Gürcüstan) 1/16 final: Fidan Əlizadə - İrina Zueva (AİN) / Qvantsa Mtçedlişvili (Gürcüstan) cütünün qalibi 1/16 final: Turan Bayramov (60 kq) - Kvanq Cin Çae (Şimali Koreya) / Andrea Karlino (İtalya) cütünün qalibi 1/16 final: Balabəy Ağayev (60 kq) - Vicay Kumar Yadav (Hindistan) 1/32 final: Ruslan Paşayev (66 kq) - Gigi Otyaşvili (Gürcüstan) 1/16 final: Rəşad Yelkiyev (66 kq) - Olu Kubaniçbek Aybek (Qırğızıstan) Qeyd edək ki, martın 24-dək davam edəcək “Böyük Dəbilqə” turnirinə Azərbaycan millisi 9 çəki dərəsində 11 kişi, 4 qadın cüdoçu ilə yollanıb. Вернуться назад |