Главная > Manset / Dünya > İsrail ordusu Qəzzada xəstəxanada yüzlərlə terrorçunu saxlayıb
İsrail ordusu Qəzzada xəstəxanada yüzlərlə terrorçunu saxlayıb22-03-2024, 08:00. Разместил: azadses |
Qəzza zolağındakı “Əl-Şifa” xəstəxanasında əməliyyat davam edir və indiyədək terrorda şübhəli bilinən 500-dən çox şəxs saxlanılıb. “Report” xəbər verir ki, bu barədə İsrail ordusunun bəyanatında deyilir “İndiyədək biz 500-dən çox şübhəli şəxsi saxlamışıq, onlardan 358-i HƏMAS və İslami Cihad qruplarına aiddir”, - deyə məlumatda bildirilib. Vurğulanıb ki, xəstəxana binalarının içərisində döyüşlər davam edir. Yaraqlılar hazırda təcili tibbi yardım şöbəsinin ərazisində barrikadadadırlar və xəstələr başqa binaya təxliyə edilir. Вернуться назад |