Главная > Manset / Siyasət > Siyasi partiyalarda mühasibat uçotunun aparılması qaydalarında dəyişiklik edilib
Siyasi partiyalarda mühasibat uçotunun aparılması qaydalarında dəyişiklik edilib14-03-2024, 16:18. Разместил: azadses |
“Siyasi partiyalarda mühasibat uçotunun aparılması Qaydaları”nda dəyişiklik edilib. "Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Təşkilatın gəlirləri aşağıdakı kimi formalaşacaq: “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”da gəlirlər aşağıdakı hesablar üzrə yığılır və maliyyə hesabatının 60-cı maddəsində ümumiləşdirilir: - üzvlük haqqı; - ianə; - dövlət maliyyə yardımı; - çap mediasının təsis edilməsindən, o cümlədən çap mediasının iştirakçısı olmaqdan əldə edilən gəlir; - ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışından gəlir; - mülki hüquq müqavilələri üzrə, o cümlədən əmlakından istifadə və onun satılmasından əldə edilən gəlir; - hüquq varisliyi və ya vərəsəlik (miras aktivi) yolu ilə əldə edilmiş əmlak; - qanunla qadağan olmayan digər gəlirlər. Вернуться назад |