Главная > Manset / İdman > Azərbaycanın daha bir boksçusu erməni rəqibini məğlub edib
Azərbaycanın daha bir boksçusu erməni rəqibini məğlub edib11-03-2024, 13:53. Разместил: azadses |
Azərbaycan boksçusu Sərxan Əliyev İtaliyanın Busto Arsizio şəhərində I Dünya Olimpiya Təsnifat Turnirində 3-cü döyüşünü keçirib. "Report" xəbər verir ki, 71 kq çəkidə qüvvəsini sınayan dünya çempionatının mükafatçısı 1/8 finalda ermənistanlı Qurqen Madoyanı sınağa çəkib. Döyüş Əliyevin qələbəsi ilə yekunlaşıb. Boksçumuz 3:2 (28:29, 28:29, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. Beləliklə, Nicat Hüseynovun (51 kq) ardınca Sərxan da erməni rəqibini mübarizədən kənarlaşdıraraq adını 1/4 finala yazdırıb. Ona Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün cəmi 1 qələbə kifayət edəcək. Əliyev yarımfinala vəsiqə əldə etmək üçün qazaxıstanlı Aslanbek Şimbergenovla qüvvəsini sınayacaq. Qeyd edək ki, 1/4 final görüşləri bu gün keçiriləcək. Вернуться назад |