Главная > Manset / Dünya > KİV: Respublikaçılar Kiyevə kömək üçün öz layihəsini hazırlayırlar

KİV: Respublikaçılar Kiyevə kömək üçün öz layihəsini hazırlayırlar


9-03-2024, 10:30. Разместил: azadses
ABŞ Konqresinin Nümayəndələr Palatasındakı respublikaçılar Ukraynaya yardım paketi üzərində işləyirlər.

“Report” xəbər verir ki, bu barədə NBC mənbələrinə istinadən məlumat yayıb.

Bu təşəbbüs Konqresin Aşağı Palatasının spikeri Mayk Conson və Nümayəndələr Palatasının bir sıra komitələrinin sədrləri tərəfindən həyata keçirilir.

Onlar ümid edirlər ki, Ukraynanın gələcək maliyyələşdirilməsinin əleyhinə olan mühafizəkarlarla münasibətləri pisləşdirmədən öz təkliflərinin Konqresdə təsdiqinə nail ola biləcəklər.

Layihə ilkin mərhələdədir. ABŞ Konqresinin aşağı palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkolun sözlərinə görə, qeyri-hərbi yardımın bir hissəsinin kredit kimi ayrılması imkanları araşdırılır. Ola bilsin ki, dondurulmuş Rusiya aktivlərindən istifadə olunsun.


Вернуться назад