Главная > Manset / Dünya > Bayden “TikTok”u qadağan edən qanunu imzalamağa hazır olduğunu açıqlayıb
Bayden “TikTok”u qadağan edən qanunu imzalamağa hazır olduğunu açıqlayıb9-03-2024, 08:00. Разместил: azadses |
ABŞ prezidenti Cozef Bayden Çinin “ByteDance” şirkətinə məxsus “TikTok” sosial şəbəkəsini qadağan edən qanun layihəsinin Konqresdə qəbul ediləcəyi təqdirdə onu imzalayacağına söz verib. “Report” xəbər verir ki, bu barədə “C-SPAN” kanalı məlumat yayıb. Jurnalist Amerika liderindən “TikTok”un qadağan edilməsi ilə bağlı sənədi imzalayıb-imzalamayacağını soruşub. Bayden isə öz növbəsində deyib: “Əgər onlar qəbul etsələr, imzalayacağam”. Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının qanunvericiləri Çinin “ByteDance” şirkətinə məxsus olan “TikTok” sosial şəbəkəsini qadağan edən qanun layihəsi hazırlayıblar. Вернуться назад |