Главная > Manset / Dünya > Almaniyada 62 yaşlı kişi 217 dəfə COVID peyvəndi vurdurdu

Almaniyada 62 yaşlı kişi 217 dəfə COVID peyvəndi vurdurdu


7-03-2024, 18:02. Разместил: azadses
Almaniyada 62 yaşlı kişi 217 dəfə COVID peyvəndi vurdurub.

Bu barədə “Lancet” infeksion xəstəliklər jurnalında yazı dərc olunub.

Məlumata görə, peyvəndlər 29 aylıq bir müddətdə özəl klinikalarda vurulub və Erlangen-Nurember Universitetinin tədqiqatçıları kişidə heç bir problem olmadığını bildiriblər.

“Bu barədə qəzetlərdən xəbər tutduq. Sonra onunla əlaqə saxladıq və Erlangendə bəzi müayinələrdən keçirmək istədiyimizi dedik. Böyük maraq göstərdi”, - deyə mikrobiologiya üzrə mütəxəssis Kilian Şober qeyd edib.
“Biz tədqiqat apardığımız əsnada o, öz təkidi ilə yenidən COVID peyvəndi etdirdi. Daha sonra ondan götürdüyümüz analiz nümunələrindən immun sisteminin peyvəndlərə reaksiyasını tam müəyyən etmək üçün istifadə etmək imkanımız oldu”, - deyə Kilian Şober əlavə edib.

Mütəxəssislər həddən artıq peyvəndi məsləhət bilmədiklərini, məsələ ilə bağlı apardıqları testlərin ümumi nəticə çıxarmaq üçün kifayət etməyəcəyini vurğulayıblar.

Mənbə: TRT Haber


Вернуться назад